Bütün xəbərlər
Mətin Eynullayev Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi oldu
Tarix: 06-05-2021 13:54 | Bölmə: Sosial

                   Mətin Eynullayev Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi oldu


Prezident İlham Əliyev Mətin Balasən oğlu Eynullayevi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə M.Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü M. Eynullayev müxtəlif illərdə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, təhsil nazirinin müavini, Təhsil Nazirliyinin aparat rəhbəri kimi vəzifələrdə çalışıb. Ötən ilin mayından isə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edib. 



Baxış sayı: 442


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu