Gənclər artıq proqramlaşdırma sahəsində ödənişsiz təhsil ala biləcək
Tarix: 04-05-2021 12:18 | Bölmə: Sosial


                   Gənclər artıq proqramlaşdırma sahəsində ödənişsiz təhsil ala biləcək

Gənclərin İnkişaf və Karyera Mərkəzi "Tech Academy" təhsil mərkəzi ilə birgə yeni layihəyə start verib. “YouthTech” adlı uzunmüddətli layihənin məqsədi gənc proqramçıların yetişdirilməsi və ölkəmizdə bu sahənin inkişafına töhfə verməkdir.
Layihə çərçivəsində gənclər bu sahədə ən çox tələb olunan kurslarda ödənişsiz və güzəştli təhsil almaq imkanı qazanacaq. Layihənin bir parçası olmaqla “Full Stack” Veb Proqramlaşdırma (Python/Bootcamp), “Full Stack” Veb Proqramlaşdırma (Python), “Front End” Veb Proqramlaşdırma (RaectJS), “QA Manual Testing”, “UX/UI” Dizayn (Web Dizayn) mövzusunda kurslarda iştirak edə biləcəklər.
Layihənin iştirakçısı olmaq şansı qazanmaq üçün 5 may 2021-ci il tarixinədək https://forms.gle/EZNUTo2aiyf6ccgFA ünvanında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatı uğurla tamamlayan gənclər daha sonra müsahibələr və test imtahanında iştirak edəcəklər. Bütün mərhələləri uğurla keçən gənclər layihənin iştirakçısı olmaq hüququ qazanacaqlar.


Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər