Bütün xəbərlər
Birinci sinfə qəbulla bağlı suallar cavablandırılacaq
Tarix: 01-05-2021 14:34 | Bölmə: Sosial

                  Birinci sinfə qəbulla bağlı suallar cavablandırılacaq


Mayın 3-ü saat 16:00-da Təhsil Nazirliyinin yeni layihəsi olan “Vətəndaş saatı”nın növbəti buraxılışı yayımlanacaq.
Təhsil Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, müraciət və sualların çoxluğunu nəzərə alaraq, bu dəfə də birinci sinfə şagird qəbulu ilə bağlı suallar cavablandırılacaq.
“Vətəndaş saatı”nı nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən canlı izləmək olar. Canlı yayımda vətəndaşların qeyd edilən mövzuda ən çox müraciət etdikləri suallara aydınlıq gətiriləcək.


Baxış sayı: 484


Bölməyə aid digər xəbərlər