Bütün xəbərlər
Xərçəngin rəhm etmədiyi nazir... - Video
Tarix: 01-05-2021 04:25 | Bölmə: Sosial

                    Xərçəngin rəhm etmədiyi nazir...


ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun həyatını xilas etmək mümkün olmayıb. 
"Qafqazinfo" xəbər verir ki, 56 yaşlı nazir bu gün vəfat edib.
Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. Onun babası - 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetini sədri olan Sadıq Rəhimovdur.
Bakıda 134 nömrəlini məktəbin məzunu olan Rəhimov, ali təhsilini 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda alıb.
Azad Rəhimov 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib. Bu sahədə xidmətlərinə görə "Şöhrət" və "Vətənə xidmətə görə" 1-ci dərəcəli ordenlə təltif olunub.
Azad Rəhimov ailəlidir. Yeganə övladı Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktorudur.

             


Baxış sayı: 648


Bölməyə aid digər xəbərlər