Bütün xəbərlər
Ağdamda qadın fermerlərə dəstək göstərildi - Fotolar
Tarix: 29-04-2021 12:22 | Bölmə: Sosial

                  Ağdamda qadın fermerlərə dəstək göstərildi


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində Ağdam rayonunda qadın fermerlərlə görüş keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, AFAQ layihəsi çərçivəsində keçirilən təlimləri uğurla tamamlayan qadın fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən natiqlər qadın fermerlərə göstərilən dəstəyin aqrar sahədə məşğulluğun artmasına müsbət təsir göstərəcəyini bildiriblər. 
Görüşdən sonra qadın fermerlərin təsərrüfatlarına baxış keçirilib. Həmçinin müvafiq rayon üzrə layihədə iştirak edən 33 qadın fermerə əvvəlcədən müəyyənləşdirilmiş ehtiyaclar əsasında avadanlıqlar və aktivlərlə (süd sağan aparat, dən üyüdən avadanlıq, ot doğrayan avadanlıq, yem və su qabları və s.) dəstək göstərilib.
Texniki dəstək göstərilən qadın fermerlər arasında Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən mülki yaşayış obyektlərinin atəşə tutulması nəticəsində aqrar infrastrukturu zərər görmüş vətəndaşlar üstünlük təşkil edir.
Qeyd edək ki, bu günədək AFAQ layihəsinə 600-ə yaxın qadın fermer müraciət edib, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılılıb.










Baxış sayı: 358


Bölməyə aid digər xəbərlər