Bütün xəbərlər
Sumqayıt gəncləri Hərbi Qənimətlər Parkına ekskursiya ediblər
Tarix: 28-04-2021 21:18 | Bölmə: Sosial


28 aprel 2021-ci il tarixdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən bir qrup ictimai-fəal gənclərin, könüllülərin 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qalibiyyətinin təzahürü, əyani sübutu olan, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilmişdir.

Gənclər Parkdakı eksponatların arasında Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarına baxış keçirmişlər.
Açıq səma altında muzey kimi fəaliyyət göstərən parkı ekskursya edən gənclər bu qələbə günlərini yaşatdıqlarına görə ölkə rəhbərinə, şəhidlərimizə, əsgər və zabitlərimizə təşəkkürünü bildirmişlər.


Sabaha-inamla.az





Baxış sayı: 370


Bölməyə aid digər xəbərlər