22:22 / 27-09-2026
Zaxarova Uspenskaya ilə Reznik arasındakı barışığa öz rolundan danışdı
22:19 / 27-09-2026
Vuçiç Serbiyadakı uğursuz "rəngli inqilab"ın əsl səbəblərini açıqladı
22:15 / 27-09-2026
İnsanlar üçün təhlükə yaradan dörd ayı məhv edilib
22:10 / 27-09-2026
Çaydan kişi cəsədi tapılıb
22:07 / 27-09-2026
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
21:28 / 27-09-2026
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
21:24 / 27-09-2026
Yanğında üç nəfər həlak olub
21:22 / 27-09-2026
Zaxarova Lavrovun BMT Baş Assambleyasındakı görüşlərinin sayından danışdı
21:19 / 27-09-2026
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
21:15 / 27-09-2026
Turist itkin düşüb
21:08 / 27-09-2026
Ana ayı və balaları yay bağçası icmasına gəldilər
21:06 / 27-09-2026
AB nazirləri miqrantlarla birgə mübarizə aparmaq barədə razılığa gəliblər
21:02 / 27-09-2026
27 heyvanın xilas edildiyi böyük yanğın söndürülüb
21:00 / 27-09-2026
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
20:53 / 27-09-2026
Yandırıcı sursat istehsalı haqqında danışdı
20:48 / 27-09-2026
Rusiya Silahlı Qüvvələrinin hərbçisi Ukrayna Silahlı Qüvvələrinin Oleşkini "ölü zonaya" çevirmək vəzifəsindən danışıb
20:46 / 27-09-2026
Tramp Tehranla danışıqların gələn həftə keçiriləcəyini açıqladı
20:43 / 27-09-2026
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
20:40 / 27-09-2026
"Zenit"in baş məşqçisi "Şanxay Şenhua" ilə əməkdaşlığından danışıb
20:37 / 27-09-2026
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
19:58 / 27-09-2026
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
17:51 / 27-09-2026
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
22:48 / 26-09-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:22 / 25-09-2026
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22:48 / 25-09-2026
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
22:52 / 24-09-2026
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
22:47 / 24-09-2026
Ankara taxıl dəhlizinin bərpası üçün diplomatik səyləri sürətləndirir
22:43 / 24-09-2026
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı
22:34 / 24-09-2026
Xəzər dənizində təlimlər zamanı 12 Qazaxıstan hərbçisi həlak olub
22:29 / 24-09-2026
Tramp administrasiyasının Ukraynanın siyasi elitasına təsiri minimaldır
22:21 / 24-09-2026
Tusk polşalı keşişi bıçaqlayaraq öldürən ukraynalıya ağır cəza vəd etdi
22:16 / 24-09-2026
Lavrov və Qrossi İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə etdilər
22:13 / 24-09-2026
Lavrov Qrossi ilə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasına endirdiyi zərbələri müzakirə etdi
22:10 / 24-09-2026
Avtobus və sığın toqquşub
18:39 / 24-09-2026
Beş nəfərə hücum edərək bir nəfəri öldürüb
18:37 / 24-09-2026
Amur pələnglərinin qorunmasının ümumiyyətlə ətraf mühitin qorunmasından ayrılmaz olduğunu bildirdi
GÖZLƏR NURU ANA-Ramiz QASIMOV
Tarix: 28-04-2021 21:09 | Bölmə: Sosial

Akademik Zərifə xanım Əliyevanın adını milyonlarla insan çox yaxşı xatırlayır. Onun adı mehriban insan, nəcib qadın, qayğıkeş ana və bunların hamısını özündə ümumiləşdirən qəlbigeniş, insanlara nur bəxş edən İLAHƏ kimi əbədiləşib. Onu tanıyanlar bu insanın nəcibliyi, qayğıkeşliyi qarşısında həmişə heyrət və minnətdarlıq duyublar. İşlədiyi uzun illər ərzində onu həm Azərbaycanda, həm də ölkəmizin sərhədlərindən kənarda Azərbaycan qadınının uca timsalı kimi tanıyıblar. Bu böyük insan öhdəsindən çox böyük uğurla gəldiyi müxtəlif ictimai işləri - həm məsuliyyətli həkim və dərin bilikli alim, həm uzun illər Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyevin həyat yoldaşı, həm də ailədə mötəbər və sevilən ana olması ilə böyük qadın ürəyinin genişliyi və əzəmətli insan xarakterini təcəssüm etdirib. Doğrudan da, onun adı milyonlarla insanın qəlbində əzəmətli heykəl salmış, işıq ilahəsi kimi qəlbləri fəth etmişdir.
Dünyaşöhrətli oftalmoloq-alim Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası Şərur rayonunun (indiki Kəngərli) Şahtaxtı kəndində görkəmli ictimai xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. 1942-ci ildə orta məktəbi bitirib və Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1947-ci ildə institutu bitirən Zərifə xanım Əliyeva Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu keçib.
“Böyük SSRİ”-nin hamını zəhmətkeşliyə səslədiyi bir zamanda traxoma insanların gözündə dünyanı qaranlığa bürüyürdü. Bütün ölkədə traxoma xəstəliyi öz acımasızlığı ilə tüğyan edir, sanki kimsəsiz görüb insanlara acı çəkdirirdi. Belə bir vaxtda hələ gənc qız olan Zərifə xanım Əliyevanın taleyini Tanrı özü müəyyənləşdirir: onu işıq ilahəsi olaraq Azərbaycan xalqının taleyinə bəxş edir. Əbəs demirlər ki, “dərdi də verən dərmanını verər”. Bu gənc xanımın elmi-tədqiqat işi gözləri qaranlığa bütüyən traxoma xəstəliyinin axırına çıxır. Qəlbi insan sevgisi dolu bu gənc xanım elə bir həvəs və zəhmətlə işləyir ki, onun elmi-tədqiqatları qısa müddət ərzində öz müsbət nəticəsini göstərir və milyonlarla insanın qəlbindən gələn, gözlərindən görünən yollara düşür. Çünki o zaman bir bəlaya çevrilmiş traxoma xəstəliyinə qarşı təsirli müalicə üsulu nəinki Azərbaycanda, heç bütün SSRİ-də yox idi. Bu mənada gənc azərbaycanlı xanım Zərifə Əliyevanın elmi kəşfi bütün SSRİ respublikaları üçün ümid işığı idi və bütövlükdə oftalmologiya elmi qarşısında əvəzsiz xidmət idi. İnsanların üzünə baxmağa üzü olmayan oftalmologiya elmi yalnız Zərifə xanımın kəşfindən sonra başını dikəltməyə özündə güc tapdı.
Zərifə xanım o həkimlərdən idi ki, xəstələrlə, ümumən insanlarla ünsiyyətdə üstün əxlaqi davranışa, incə danışığa və qayğıkeş münasibətə üstünlük verirdi. Bu baxımdan görkəmli alim təkcə güclü elmi bilik və tibbi məharətə malik həkim kadrların yetişməsi üçün yox, həm də elmi və ictimai əxlaqi davranış və münasibətə malik olan kadrların yetişməsi və tərbiyəsi üçün səy göstərirdi. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” əsəri isə məhz cəmiyyətdə həkimin şəxiyyət kimi formalaşması prosesinə həsr olunaraq özünün əvəzedilməz töhfələrini vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərqin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazanmışdır.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.
Akademik Zərifə xanım Əliyeva həm də ləyaqətli, uca, şərəfli bir ANA adını daşıyır. Cəmiyyəti ucalığa aparan, ailə və cəmiyyət birliyində qadın şəfqətini, qayğıkeşliyini nümunəvi olaraq təcəssüm etdirən insanlıq, qadınlıq və ləyaqət rəmzi olan bir insandır Zərifə xanım. Deyirlər, göz Tanrıdan xəbər verir. Zərifə xanım Əliyeva öz zəkasının nuru ilə məhz insanlara təkcə qəlblərinin gözü ilə deyil, həm də onlara bəxş edilmiş göz nuru hesabına ilahi gözəllikləri görməyi nəsib etdi. Minlərlə insanın nur qazanmış gözləri Zərifə xanım Əliyevanın şəfqətli əllərinə minnətdardır, onun şəfqətinə, qayğısına duaçıdır. Zərifə xanım Əliyeva, bu mənada, mübaliğəsiz olaraq demək olar ki, minlərlə insanın nəzərində onlara işıq, nur, xöşbəxtlik, yenidən yaşamağa ümid və sevgi gətirən İŞIQ İLAHƏSİDİR.
Zərifə xanım Əliyeva minlərlə Azərbaycan anasını müvəffəqiyyətlə təmsil edən böyük ürəkli, zərif xarakterli, övlad, bala canlı, sonsuz məhəbbətli əzəmətli bir ANADIR. Bu böyük insan bir tərəfdən milyonların xidmətində dayanan bir həkim, tibb işçisi kimi qeyrətlə dayanır, digər tərəfdən milyonlarca insana, qüdrətli bir ölkəyə rəhbərlik edən dövlət başçısına sədaqət və məhəbbətlə ömür-gün yoldaşlığı edir, digər tərəfdən bu gün Azərbaycan xalqının yolunda böyük ürəklə, bütün varlığı və qeyrətlərilə xidmət edən, xalq üçün, dövlət üçün çalışan, Azərbaycanı uğurdan-uğura aparan vəfalı, vətənpərvər övladlar tərbiyə edirdi. Öhdəsinə düşən bu qədər çoxcəhətli işin öhdəsindən müvəffəqiyyətlə gələn, ömründə bir dəfə də gileylənməyən, həm elmin, öhdəsinə götürdüyü tibbi vəzifənin, milyonlarla insanın ona dikilmiş qaranlıq gözlərinə işıq gətrmək missiyasını yorulmadan icra edən, görkəmli alim, oftalmoloq, həkim kimi zirvələrə qalxan Zərifə xanım Əliyeva həm də sədaqətli, vəfalı bir həyat, ömür-gün yoldaşı kimi bu gün Azərbaycan xalqının yaddaşında əzəmətli, unudulmaz bir yer tutur. Ulu öndər bu əbədiyaşar insan haqqında deyirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm… Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. …Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. …Ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. …Onu bir dəqiqə belə unutmuram və unutmayacağam”.
Bəli, akademik Zərifə xanım Əliyevanın adı artıq özünə əbədi ünvan, əzəmətli yer, möhtəşəm yurd salmış bir şəxsiyyətdir. Bu böyük insan Şahtaxtı kimi bir kənddə doğuldu, amma bütün Azərbaycana, milyonlarla insana nur, işıq bəxş etdi... Zərifə xanım öz adı, ləyaqəti və əməli ilə MİLYONLARIN ANASI olaraq Azərbaycan qadınının adına şərəf gətirdi, anaların və analığın etalonuna çevrildi.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Sabaha-inamla.az

Baxış sayı: 797
Bölməyə aid digər xəbərlər

Dünən, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi
30-08-2026, 17:57
SSRİ Hərbi Dəniz Qüvvələrinin son naziri vəfat edib