22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
Birinci sinfə qəbulla bağlı yeni xidmət istifadəyə verildi
Tarix: 27-04-2021 12:45 | Bölmə: Sosial

                Birinci sinfə qəbulla bağlı yeni xidmət istifadəyə verildi


Birinci sinfə qəbulla bağlı vətəndaşların suallarının cavablandırılması üçün Təhsil Nazirliyinin rəsmi saytına yeni xidmət - “Virtual bələdçi” (https://edu.gov.az/az/faq) əlavə olunub.
“Qafqazinfo” xəbər verir ki, bu xidmət vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapmaq mümkün olacaq. 
Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib.
Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.
Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.



Baxış sayı: 475


Bölməyə aid digər xəbərlər