Bütün xəbərlər
Deputat subartizan quyusunun açlışında iştrak etdi - FOTO
Tarix: 25-04-2021 05:29 | Bölmə: Sosial

          

Rayonumuzda kənd əhalisinin içməli suya olan tələbatının ödənilməsi, həmçinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Oxuinfo.az xəbər verir ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Anar Məmmədovun təşəbbüsü ilə  Goranboy Kələk kəndində yeni subartezian quyusu əhalinin istifadəsinə verilmişdir.
  Keçirilən tədbirdə Millət Vəkili Anar Məmmədov  çıxış edərək, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamlardan irəli gələn vəzifələrə uyğun olaraq, son illər  rayonda  subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilmişdir.
Mərasimdə çıxış edən kənd sakinləri  əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Millət Vəkili Anar Məmmədova minnətdarlıqlarını bildirmişlər.
Yeni subartezian quyu Goranboy rayon Kələk kəndinin 40 ha əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsini təmin edəcək.




Baxış sayı: 416


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu