Bütün xəbərlər
Yarım milyon mənimsəyən “Rabitəbank” xəzinədarı saxlanıldı
Tarix: 21-04-2021 16:27 | Bölmə: Sosial

                   Yarım milyon mənimsəyən “Rabitəbank” xəzinədarı saxlanıldı


“Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı Sadıqzadə Cəfər Ceyhun oğlunun qanunsuz hərəkətləri barədə araşdırma aparılıb.
Rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalarla Cəfər Sadıqzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilmiş kassadan ümumilikdə 563 min manat və 1300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
20 aprel 2021-ci il tarixdə Cəfər Sadıqzadə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Baxış sayı: 375


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu