Bütün xəbərlər
Dövlət Vergi Xidmətində YENİ TƏYİNAT
Tarix: 20-04-2021 15:35 | Bölmə: Sosial
         

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində kadr dəyişikliyi olub.
Azvision.az-ın əldə etdiyi məlumata görə, Ülkər Kazımova İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi təyin edilib.
Ülkər Kazımova Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsi, Florida Universitetində isə beynəlxalq vergi üzrə magistr dərəcəsinə yüksəlib. O, Professional karyerasına Vergilər Nazirliyində vergi müfəttişi kimi başlayıb, daha sonra fəaliyyətini “PWC” şirkətində baş vergi məsləhətçisi kimi davam etdirib.



Baxış sayı: 356


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu