Bütün xəbərlər
28 ildən sonra şəhid oğlunun məzarını ziyarət etdi - Foto
Tarix: 11-04-2021 21:24 | Bölmə: Sosial

                  28 ildən sonra şəhid oğlunun məzarını ziyarət etdi


Şəhid anası 28 ildən sonra oğlunun məzarını ziyarət edib.
"Qafqazinfo" xəbər verir ki, söhbət birinci Qarabağ müharibəsi zamanı şəhid olan Qorxmaz Allahverdiyevin anası Zeynəb Allahverdiyevadan gedir.
Zeynəb Allahverdiyeva oğlunun qəbirini ziyarət edərək, onun məzarına gül düzüb.
"Getdim balamı ağladım, oxşadım, sinə daşını dağıtmışdılar. Üstünü örtüb gəldim", - deyə şəhid anası bildirib.
Qeyd edək ki, Allahverdiyev Qorxmaz Bahadur oğlu 1973-cü ildə Zəngilan rayonunda anadan olub. 1992-ci ilin mayında hərbi xidmətə çağırılıb. Xidməti borcunu Zəngilanın döyüş postları olan Seyidlər, Quyudərə, Xəştab, Şayıflı, Kolluqışlaq, Rəzdərə və digər sərhəd kəndlərdə yerinə yetirib. Həmin ilin oktyabrında Qubadlı rayonunun Başarat kəndində, dekabr ayının 10-da isə rayonunun Şayıflı və ətraf sərhəd kəndlərində ermənilərin hücumlarının dəf olunmasında iştirak edib.
Qorxmaz Allahverdiyev 10 aprel 1993-cü ildə hücum əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalıb və Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.


Baxış sayı: 288


Bölməyə aid digər xəbərlər