Bütün xəbərlər
Sabunçu RİH-də yeni vəzifə təyinatı
Tarix: 09-04-2021 17:21 | Bölmə: Sosial

                  Sabunçu RİH-də yeni vəzifə təyinatı



Sabunçu Rayon İcra Hakimiyyətində vəzifə təyinatı olub.
“Qafqazinfo” xəbər verir ki, icra başçısının əmri ilə Vətən müharibəsi iştirakçısı Əlizadə Fəqan İsa oğlu Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili”  şöbəsinə müdir, Dünyamalıyev Fəqan Novruz oğlu isə həmin şöbəyə böyük məsləhətçisi vəzifəsinə  təyin edilib.
Qeyd edək ki, Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, F.Əlizadə Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə  “Suqovşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə, Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmiş F.Dünyamalıyev isə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
 

 




Baxış sayı: 269


Bölməyə aid digər xəbərlər