Bütün xəbərlər
Sumqayıtda karantin rejimi ilə əlaqədar reydlər davam edir
Tarix: 08-04-2021 20:27 | Bölmə: Sosial


Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin, Polis İdarəsi ilə birgə təşkilatçılığı ilə karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə reydlər davam edir. Reyd zamanı müxtəlif sahələri təmsil edən könüllü gənclərdən ibarət mobil qruplar şəhərin mərkəzi küçələrində, marketlərdə, fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə və ictimai nəqliyyat vasitələrində vətəndaşlarla maarifləndirici söhbətlər aparmış, sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğunu vətəndaşların diqqətinə çatdırmışlar.
Təşkil edilən mobil qruplar vasitəsi ilə keçirilən reydlərdə karantin rejimini pozaraq sosial məsafə gözləməyən, maskalardan istifadə etməyən şəxslər polis tərəfindən qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmuşlar.
Həmçinin könüllülərdən ibarət mobil qruplar şəhər sakinlərinə maarifləndirmə xarakterli bukletlər təqdim etmişlər.


Sabaha-inamla.az











Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər