Bütün xəbərlər
Müəllim onlayn dərsə hazırlaşarkən vəfat etdi
Tarix: 08-04-2021 18:23 | Bölmə: Sosial

                  Müəllim onlayn dərsə hazırlaşarkən vəfat etdi


Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Soltan Səbzəliyev onlayn dərsə hazırlaşarkən vəfat edib.
Bu barədə “Qafqazinfo”ya Universitetin mətbuat xidmətindən məlumat verilib. 62 yaşlı müəllimin qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.
Qeyd olunur ki, müəllim onlayn dərs zamanı deyil, dərsə hazırlaşarkən telefon əlində həyatını itirib.
S. Səbzəliyev Mendeleyev adına Moskva Kimya Texnologiyaları Universitetini bitirib. 25 ildən artıqdır ki, AzMİU-da çalışıb. Universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasında baş müəllim kimi dərs deyib. 
S. Səbzəliyev doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.


Baxış sayı: 303


Bölməyə aid digər xəbərlər