Bütün xəbərlər
Günay Ağamalı: "İstər I, istərsə də II Qarabağ Müharibəsində şəhid olanların ailələri hər birimiz üçün əzizdir!.."
Tarix: 08-04-2021 00:15 | Bölmə: Sosial


Şəhid övladlarına “BUTA” körpələr evi – uşaq bağçasında ödənişsiz təhsil alma kartı təqdim olunub


     Bu barədə "BUTA" körpələr evi - uşaq bağçasının rəhbəri, "BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri Günay Ağamalı özünün feysbuq səhifəsində paylaşıb: "Xüsusilə qeyd etmək istərdim ki, II Qarabağ Müharibəsində, 44 Günlük Zəfər Savaşında şəhidlərimizin xeyli hissəsi ailəli idilər, özlərindən sonra körpə uşaqları bizə əmanət edib Vətən uğrunda canlarını fəda etdilər. Təbii ki, qazi qardaşlarımızda çox böyük sayqıya layiqdirlər. Bütövlükdə Vətən Savaşında iştrak edən bütün qardaşlarımız bizim üçün əzizdirlər. Qazi ailərinə, Şəhid ailələrinə Cənab prezidentimiz İlham Əliyevin, birinci vitse - prezidentimiz Mehriban Xanım Əliyevanın çox böyük diqqəti və qayğısı var. Biz cəmiyyət olaraq hər birimiz imkanlarımız daxilində həm də bu yerdə dövlətimizlə bərabər olmalıyıq. Hər bir Azərbaycan vətəndaşı öz imkanları daxilində şəhid ailələri ilə, qazilərlə və onların övladları ilə bərabər olmalı, onlara dəstək olmalıdırlar. Məhz onda bizim cəmiyyətimiz və dövlətimiz güclü olur, həmrəy olur. Mən birmənalı şəkildə onun tərəfində deyiləm ki, biz bütün işləri ancaq dövlətin üzərinə yükləyək.
     

     Bu gün Cəbrayıl döyüşləri zamanı Şəhid olan Vüsal Qüdrət oğlu Məmmədovun övladı Hüseyni, Şuşa döyüşləri zamanı Şəhid olan Babək Bəxtiyar oğlu Allahverdiyevin övladı Çingizi, Murovdağ döyüşləri zamanı Şəhid olan Tofiq Etibar oğlu Həsənovun övladı Tunarı ziyarət edib, onlara "BUTA" körpələr evi - uşaq bağçasında Şəhid övladlarının ödənişsiz təhsil alma kartını təqdim etdik. Şəhid övladları "BUTA" körpələr evi - uşaq bağçasında 6 yaşınadək ödənişsiz təhsil ala biləcəklər".

Sabaha-inamla.az






Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu