20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
18:48 / 06-10-2026
Ərdoğan administrasiyası RİA Novostinin Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı xəbərlərinə cavab verməyib
18:43 / 06-10-2026
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
18:39 / 06-10-2026
Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında yenidən müşahidə edilib
18:36 / 06-10-2026
Xilasedicilər Mzymta çayında bir turisti təxliyə etdilər
18:33 / 06-10-2026
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
18:24 / 06-10-2026
İtkin düşən 17 yaşlı Rusiya vətəndaşı avtomobil qəzasından sonra xəstəxanada komada tapılıb
18:03 / 06-10-2026
Bir qadın sosial mediada terrorçuları haqlı çıxardığına görə saxlanılıb
22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
Uzunoba Təlim-Məşq İdman Kompleksi istifadəyə verilib
Tarix: 04-04-2021 09:47 | Bölmə: Sosial
Baxış sayı: 659
Bölməyə aid digər xəbərlər
Tarix: 04-04-2021 09:47 | Bölmə: Sosial

Ölkəmizdə idman dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “İdman hər bir ölkənin gücünü göstərir. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır”.
Naxçıvan Muxtar Respublikası ölkəmizin idman mərkəzlərindən birinə çevrilib. Muxtar respublikada keçirilən beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin sayı ildən-ilə artır. İdman infrastrukturu daim təkmilləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə qəbul olunmuş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” bu tədbirlərin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 3-də Uzunoba Təlim-Məşq İdman Kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək deyib: Son illər Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazası xeyli gücləndirilib. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir, 35 mindən artıq idmançı 2213 qrupda idmanla məşğul olur. Muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 7 Uşaq-Gənclər Şahmat Məktəbi, 9 Uşaq-Gənclər İdman Məktəbi, 17 stadion, 27 mini-futbol meydançası, Atıcılıq Mərkəzi, Atıcılıq Əyləncə Mərkəzi, peyntbol meydançaları, yeni tikilən tam orta məktəblərdə müasir idman zalları yaradılıb, yeni olimpiya ağırlıqqaldırma qurğuları və 967 sadətipli idman avadanlıqları istifadəyə verilib. Muxtar respublikada bütün idman növləri ilə yanaşı, futbol idman növünə göstərilən diqqət və qayğı sayəsində bu sahədə əsaslı irəliləyişlər olub. Uzunoba Təlim-Məşq İdman Kompleksinin inşası da bu sahədə görülən işlərin nəticəsidir. Azad Cabbarov idmanın inkişafına göstərilən diqqət və qayğıya görə muxtar respublikanın idman ictimaiyyəti adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycanda idman sahəsində görülən tədbirlər gənclərin sağlam böyüməsinə xidmət edir. Bu da ölkəmizin gələcəyi deməkdir. Muxtar respublikada da gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam böyümələri, zərərli vərdişlərdən uzaq olmaları və idmana cəlbi sahəsində ardıcıl tədbirlər görülür. Görülən işlər və yaradılan şərait artıq öz nəticəsini verir. İdman federasiyalarında yüzlərlə gənc müxtəlif idman növləri ilə məşğul olur. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində müvafiq idman klublarının yaradılması davam etdirilir. Proqrama əsasən tikilib istifadəyə verilən Uzunoba Təlim-Məşq İdman Kompleksi də gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə hesablanıb. Bundan başqa, rayonlarda stadionların qurulması işləri davam etdirilir. Federasiyaların rayonlararası keçirdiyi yarışlarda gənclərin fəallığı, eyni zamanda muxtar respublika federasiyalarında təmsil olunan gənclərin ölkə səviyyəli və Azərbaycanın iştirak etdiyi beynəlxalq yarışlardakı nəticələri onu deməyə əsas verir ki, Naxçıvanda idmanın inkişafı lazımi səviyyədədir.
Ali Məclisin Sədri deyib: Təlim-Məşq İdman Kompleksinin qurulub istifadəyə verilməsi muxtar respublikada yenilikdir. Baxmayaraq ki, Naxçıvan və Şərur şəhərlərində olimpiya idman kompleksləri fəaliyyət göstərir. Lakin təlim-məşq kompleksi muxtar respublikada ilk dəfədir, istifadəyə verilir. Yaradılan şərait imkan verəcək ki, həm yay aylarında burada çimərlik idman növlərindən istifadə olunsun, həm də ilin bütün fəsillərində idmanın müvafiq növləri ilə bağlı məşqlər keçirilsin. Bunlar gənclərdə idmana maraq yaradacaq, onlar asudə vaxtlarını səmərəli keçirəcək və ən əsası sağlam böyüyəcəklər.
“Bu gün təhsilin inkişafı gənclərin sağlam böyüməsindən asılıdır. Əgər onlar sağlam həyat tərzi keçirirlərsə, deməli, yaxşı təhsil ala biləcək, ailələri, cəmiyyət və dövlət üçün yararlı vətəndaşa çevriləcəklər”, - deyən Ali Məclisin Sədri kompleksin qurulmasının əhəmiyyətini vurğulayıb, görülən işlərdə əməyi olanlara təşəkkür edib.
Sonra kompleksə baxış olub. Məlumat verilib ki, tikintisinə ötən ilin avqust ayında başlanılan təlim-məşq idman kompleksinin ümumi sahəsi 10 min 300 kvadratmetrdir. Kompleksin ərazisinə inzibati bina, süni örtüklü böyük futbol stadionu, üstüörtülü və çəpərlənmiş mini-futbol meydançaları, ikitribunalı çimərlik futbolu stadionu daxildir. İnzibati binada direktor, koordinator, məşqçi, ictimaiyyətlə əlaqələr, hakimlər komitəsi, yarışların keçirilməsi şöbəsi, mühafizə və digər köməkçi otaqlar, proyektorla təmin olunan 40 yerlik iclas zalı vardır.
Böyük futbol stadionunun eni 50, uzunluğu isə 99 metrdir. Stadionda tamaşaçılar üçün 65 oturacaqdan ibarət tribuna qurulub və ehtiyat oyunçular üçün hər biri 12 oturacaqdan ibarət 2 yer ayrılıb. Üstüörtülü futbol meydançasının örtüyü dörd tərəfdən aqreqatlar vasitəsilə qaldırılır. Eni 30, uzunluğu isə 40 metr olan çimərlik meydançasında 146 və 80 oturacaqdan ibarət 2 tribuna vardır. 146 nəfərlik tribunada 2 qarderob, hakim, həkim və digər köməkçi otaqlar yerləşir. İnzibati bina və stadionlar müasir işıqlandırma və videokamera sistemləri ilə təchiz edilib.
Kompleksdəki stadionlar Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası, eləcə də Avropa Futbol Assosiasiyaları İttifaqının standartlarına tam cavab verir və beynəlxalq yarışlar üçün uyğundur.
Ali Məclisin Sədri kompleksdə muxtar respublika və beynəlxalq səviyyəli yarışların təşkili, müvafiq idman federasiyaları tərəfindən məşqlərin keçirilməsi, kompleksin internet saytının yaradılması və qurulanların qorunması ilə bağlı tapşırıqlar verib.
Baxış sayı: 659
Bölməyə aid digər xəbərlər
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
















