07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
Aprelin 5-də bağçalar bağlanmayacaq - Yeni qərar
Tarix: 03-04-2021 20:23 | Bölmə: Sosial

                    Aprelin 5-də bağçalar bağlanmayacaq


Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu canlı yayımda sualları cavablandırarkən təhsil naziri Emin Əmrullayev deyib.
Qeyd edək ki, dünən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların fəaliyyəti ilə bağlı fərqli qərar verilmişdi. Bildirilirdi ki, aprelin 5-dən Bakı başda olmaqla sözügedən şəhər və rayonlarda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanacaqdı. Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləmişdi.

              



Baxış sayı: 449


Bölməyə aid digər xəbərlər
16-02-2026, 15:19 10 canavar qeydə alınıb