Bütün xəbərlər
Azərbaycan İlahiyyat İnstitutunda “Biblioterapiya: kitabla müalicə” adlı vebinar keçirilib - FOTO
Tarix: 02-04-2021 00:10 | Bölmə: Sosial
                     Azərbaycan İlahiyyat İnstitutunda “Biblioterapiya: kitabla müalicə” adlı vebinar keçirilib - FOTO


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İlahiyyat fakültəsinin tələbələri üçün “Rəhbərlik proqramı” çərçivəsində “Biblioterapiya: kitabla müalicə” mövzusunda vebinar keçirilib.
“Microsoft Teams” proqramı üzərindən təşkil olunan vebinarda Aİİ-nin müəllimləri və tələbələri iştirak ediblər.
Aİİ İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov tədbiri giriş sözü ilə açaraq, “Rəhbərlik proqramı” çərçivəsində hər ay keçirilən vebinarların əhəmiyyətindən bəhs edib.
Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Biblioterapiya: kitabla müalicə” mövzusunda çıxış edib. E.Məmmədov biblioterapiya, onun tarixi və tətbiqi yolları barədə danışıb. Xüsusi seçilmiş mütaliə metodlarından istifadə ilə psixoloji problemlərin, mənəvi xəstəliklərin müalicəsinin mümkün olduğunu nəzərə çatdırıb.
Daha sonra İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova çıxış edərək vebinarın əhəmiyyətini vurğulayıb, kitab vasitəsilə tərbiyə və müalicə olunmağın əhəmiyyətindən söz açıb. Elnurə Əzizova qısa zaman ərzində İnstitutun müəllimləri tərəfindən “Oxunması vacib olan 100 kitab” siyahısının hazırlanaraq, İlahiyyat fakültəsi tələbələrinə təqdim edilməsi barədə təkliflə çıxış edib.  
Vebinar tələbə və müəllimlərin mövzu ətrafında sualları və müzakirəsi ilə davam edib.
Qeyd edək ki, Aİİ tələbələri üçün “Rəhbərlik proqramı” çərçivəsində müxtəlif mövzularda aylıq vebinarlar təşkil olunur.



Baxış sayı: 362


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu