Bütün xəbərlər
"Məktəblərdə şagird davamiyyəti 80 faizə qədərdir" - Emin Əmrullayev
Tarix: 29-03-2021 23:04 | Bölmə: Sosial

                     "Məktəblərdə şagird davamiyyəti 80 faizə qədərdir" -Emin Əmrullayev



"Bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi".
Unikal.org xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində qeyd edib.
O bildirib ki, məktəblərdə şagird davamiyyəti 80 faizə qədərdir: "Bu günədək yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin 50 faizdən çoxu peyvənd olunub və proses davam edir. Təhsilin ənənəvi formada davamlılığını qorumağımız üçün şəxsi gigiyena qaydalarına riayət etməyimiz ən vacib amildir".



Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər