20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
18:48 / 06-10-2026
Ərdoğan administrasiyası RİA Novostinin Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı xəbərlərinə cavab verməyib
18:43 / 06-10-2026
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
18:39 / 06-10-2026
Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında yenidən müşahidə edilib
18:36 / 06-10-2026
Xilasedicilər Mzymta çayında bir turisti təxliyə etdilər
18:33 / 06-10-2026
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
18:24 / 06-10-2026
İtkin düşən 17 yaşlı Rusiya vətəndaşı avtomobil qəzasından sonra xəstəxanada komada tapılıb
18:03 / 06-10-2026
Bir qadın sosial mediada terrorçuları haqlı çıxardığına görə saxlanılıb
22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
Elm gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 29-03-2021 22:47 | Bölmə: Sosial

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində Elm gününə həsr olunmuş tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə tədbiri giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Alim söyləyib ki, ölkə başçısı cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda “Elm günü”nün təsis edilməsi bütövlükdə Azərbaycan elminə, elmi ictimaiyyətinə göstərilən diqqət və qayğının göstəricisidir. O, Vətən müharibəsində ölkəmizin qazandığı parlaq zəfərdən danışaraq qeyd edib ki, bu tarixi qələbə qəhrəman oğullarımızın mərdliyi, şücaəti ilə yanaşı, həm də elmi yeniliklərin tətbiqi ilə əlamətdardır.
“Ölkənin ən böyük elm məbədi - Azərbaycan Milli Elmlər Akademiyası yaradıldığı gündən etibarən milli elmin baş qərargahı rolunu uğurla davam etdirməkdədir”, - söyləyən akademik çıxışı zamanı elmin önəmi, cəmiyyətin elmlə paralel inkişafı və digər məsələlərdən bəhs edib.
İsmayıl Hacıyev tədbirdə “Naxçıvan Muxtar Respublikasında elmin inkişafı” mövzusunda məruzə edib. Məruzədə xalqımızın zəngin elmi dünyagörüşünə, tarixi keçmişinə qısa nəzər salınıb, Naxçıvan torpağının dünya elminə bəxş etdiyi alim və mütəfəkkirlərin adları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Naxçıvanşünaslığın keçdiyi zəngin inkişaf yoluna nəzər salan alim qeyd edib ki, ulu öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin birinci dövründən başlayaraq daim elmə qayğı göstərmiş, elmin inkişafı üçün məqsədyönlü və uzaqgörən addımlar atmışdır. Məhz dahi liderin təşəbbüsü ilə AMEA-nın Naxçıvan Regional Elm Mərkəzi yaradılmış, Naxçıvanın təbii xammal ehtiyatlarının kompleks şəkildə öyrənilməsi, səmərəli istifadəsi, muxtar respublikanın sosial-iqtisadi tarixinin, arxeoloji, epiqrafik, etnoqrafik abidələrinin, folklorunun öyrənilməsi istiqamətində tədqiqatlar aparılmışdır.
Ulu öndərin elm siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla davam et-dirilmiş, elmin inkişafı üçün imzalanan qərar və sərəncamların, qəbul olunmuş proqramların icrası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Yaranmış əlverişli şəraitdən istifadə edən muxtar respublika ziyalıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı və dəstəyi ilə bir sıra mühüm əhəmiyyətə malik beynəlxalq simpoziumların keçirilməsinə müvəffəq olmuşlar. Qeyd edilən beynəlxalq tədbirlər Naxçıvanda elmin hərtərəfli inkişafına təkan vermiş, inkişafın bütün mərhələlərinin elmi əsaslar üzrə işlənib hazırlanmasına əsaslı təsir göstərmişdir.
Ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasından bəhs edən alim bölmənin fəaliyyəti dövründə qazanılan elmi nailiyyətlər haqqında da dinləyicilərə məlumat verib. Vurğulanıb ki, bu tarixi Sərəncamla Naxçıvanın tarixinin, arxeologiyasının, mədəni mühitinin, folklorunun, flora və faunasının, təbii ehtiyatlarının araşdırılması və əldə olunan mühüm nəticələrin nəşr edilməsi sahəsində elmi uğurlar qazanılıb. Aparılan elmi-tədqiqat işlərinin 174 mühüm nəticəsi AMEA-nın illik hesabatlarına daxil edilib, bölmənin fəaliyyəti dövründə 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvanın folkloru antologiyası”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırkı vəziyyət və perspektivlər”, 2 cilddə Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”, 2 cilddə “Naxçıvan coğrafiyası” kimi fundamental nəşrlər işıq üzü görüb. Bölmə əməkdaşları tərəfindən muxtar respublikada yerləşən 1200-dən çox tarix və mədəniyyət abidəsi aşkar olunub və pasportlaşdırılıb.
Vikipediya açıq dünya ensiklopediyasında ingilis və rusdilli səhifələrdə Nax-çıvan tarixi ilə bağlı erməni iddialarını əks etdirən məqalələrin redaktəsi həyata keçi-rilib, Azərbaycandilli Vikipediya ensiklopediyasında redaktələrlə yanaşı, Naxçıvanın tarixi, mədəniyyəti, təbii sərvətləri ilə bağlı 232 yeni məqalə yerləşdirilib.
Akademik həmçinin məruzəsində muxtar respublika alimlərinin aldığı patentlər, qalib olduqları qrant layihələr, elmin istehsalata tətbiqi əsasında hazırlanan məhsullar, elm və ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elmə göstərdiyi diqqət və qayğıdan bəhs edən alim bildirib ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təsis edilməsi, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatlarının təsis edilməsi, 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elm və təhsilin inkişafına yüksək münasibəti və bu istiqamətdə regionda dövlət siyasətinin uğurla həyata keçirilməsini ifadə edir.
Sonda akademik İsmayıl Hacıyev muxtar respublikada elmin inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan ziyalıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Yığıncaqda həmçinin Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov və “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva çıxış ediblər.
Sabaha-inamla.az

Baxış sayı: 511
Bölməyə aid digər xəbərlər

5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi