Bütün xəbərlər
Deputat Şəhid ailəsinin səsləndirdiyi problemi həll etdi – FOTO
Tarix: 26-03-2021 01:33 | Bölmə: Sosial


Oxuinfo.az xəbər verir ki, 96 saylı Goranboy-Naftalan secki dairəsinin deputatı Anar Məmmədov Goranboy rayon Borsunlu kənd sakini Şəhid Nəsibov Nicat Nəriman oğlunun ailəsinin etdiyi müraciəti nəzərə alaraq şəxsi vəsaiti hesabına qaz xəttinin çəklişini həyəta keçirmişdir.
"Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə qayğı ilə yanaşmaq hər kəsin vətəndaşlıq borcudur.
Goranboy rayonu Borsunlu kəndində şəhid ailələri ilə görüşümüz zamanı şəhid Nəsibov Nicat Nəriman oğlunun ailə üzvləri bizə müraciət edərək, evlərinə qaz xəttinin çəkilməsini xahiş etmişdilər. Biz də əlimizdən gələn köməkliyi göstərib şəhid ailəsinin müraciətini operativ şəkildə həll etməyə çalışdıq.
Bu xüsusda hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşmalı, problemlərinin həlli istiqamətində hamılıqla səfərbər olmalıyıq. Vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.
Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Ruhları şad olsun!"







Baxış sayı: 393


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu