Bütün xəbərlər
Adil Əliyev: "Şəhid ailələrimizi diqqətdə saxlamaq hər birimizin borcudur"
Tarix: 22-03-2021 00:02 | Bölmə: Sosial

Milli Məclisin Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Novruz bayramı münasibətilə növbəti dəfə şəhid və qazi ailələrini ziyarət edib. Sabaha-inamla.az Adil Əliyevin ziyarətlə bağlı sosial şəbəkədə yazdığı yazını oxucuların nəzərinə çatdırır: "Bu gün Novruz bayramı münasibətilə şəhid və qazi ailələri növbəti dəfə tərəfimizdən ziyarət edildi. Dünən Şuşada ölkə başçısı tərəfindən qalanmış tonqal gücümüzü, birliyimizi, ölkəmizin qüdrətini bir daha dünyaya göstərdi. Bizə qələbələri bəxş edən Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr və qazilərimizə şəfa arzu edirəm. Bayramınız mübarək, şəhid ailələrimizi diqqətdə saxlamaq hər birimizin borcudur". 

Sabaha-inamla.az













Baxış sayı: 486


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu