17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
08:19 / 19-08-2026
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
08:15 / 19-08-2026
Politoloq Atayev Ermənistanın əməkdaşlıq üçün yeni tərəfdaşlar axtarmasının səbəbini izah etdi
22:41 / 18-08-2026
Taksi sürücüsünün zorla səfərbər edilməsi cinayət işi ilə nəticələndi
22:38 / 18-08-2026
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
22:35 / 18-08-2026
Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini elan etdi
22:31 / 18-08-2026
Beş əcnəbi Rusiyadan deportasiya olunmaqla üzləşəcək
22:28 / 18-08-2026
Polşada Ukraynalı uşaqlara hücumda şübhəli bilinənlər saxlanılıb
22:25 / 18-08-2026
Saxta Ağ Ev rəsmisi ilə yazışdığını etiraf etdi
22:19 / 18-08-2026
Xəzinə ovçuları sirli şəraitdə həlak olublar
22:15 / 18-08-2026
Boqdanov ABŞ siyasətində zorakılığı normal hesab edən insanların sayının artdığını qeyd etdi
22:11 / 18-08-2026
Xinşteyn Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsini vurmağa cəhd edən ovçunu dəstəklədi
22:07 / 18-08-2026
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
22:03 / 18-08-2026
Merz ən populyar olmayan Almaniya kansleri oldu
21:58 / 18-08-2026
Lavrov: "Rusiyaya zərbələrdə iştirak müharibədə iştirak hesab ediləcək"
21:51 / 18-08-2026
Avtobusa daş atan uşağa hücum etdi
21:48 / 18-08-2026
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
21:44 / 18-08-2026
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti və hakiminə qarşı sanksiyalar tətbiq edib
12:44 / 18-08-2026
Fabrikə basqın zamanı 130-dan çox qanunsuz immiqrant saxlanılıb
12:41 / 18-08-2026
Mülk üstündə oğullarını güllələyərək öldürüb
12:38 / 18-08-2026
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
12:35 / 18-08-2026
Bir kişi uşaq mağazasında qiymət fərqinə görə kassaya yumruq vurub
12:33 / 18-08-2026
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
Professor Tofiq Əliyevin 70 illik yubileyi qeyd olunub
Tarix: 20-03-2021 13:52 | Bölmə: Sosial

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyevin 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yubilyara ünvanladığı təbrik məktubunu oxuyub.
Akademik muxtar respublikada elm xadimlərinə göstərilən diqqət və qayğıdan söz açaraq bildirib ki, əlamətdar günlərin, yubiley tədbirlərinin keçirilməsi alimlərimizin fəaliyyətinə verilən dəyər olmaqla yanaşı, həm də gənc tədqiqatçılar üçün stimulverici addımdır.
Bölmə sədri çıxışında professorun elmi fəaliyyətinə qısa nəzər salıb. Vurğulayıb ki, Tofiq Əliyev Azərbaycan kimya elminin inkişafına dəyərli töhvələr verən, yeni nəsil kimyaçıların formalaşmasında xüsusi xidmətləri olan alimlərdəndir. İstər Naxçıvan Dövlət Universitetində, istərsə də AMEA Naxçıvan Bölməsində işlədiyi dövrdə o, əsl tədqiqatçı, savadlı müəllim və geniş dünyagörüşünə malik ziyalı kimi tanınmışdır.
Qeyd olunub ki, professor Tofiq Əliyevin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2007-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi” medalı ilə təltif edilmişdir.
Sonra akademik İsmayıl Hacıyev çoxillik səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibəti ilə yubilyara AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanını təqdim edib.
Tədbirdə bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyevin həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə bildirilib ki, 1951-ci il mart ayının 25-də Naxçıvan şəhərinin Əliabad qəsəbəsində dünyaya göz açan professor Tofiq Əliyev 1958-ci ildə qəsəbə məktəbində ibtidai təhsilinə başlamış, daha sonra təhsilini yenicə açılmış internat məktəbində davam etdirmişdir. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş, 1973-cü ildə ali təhsilini başa vurduqdan sonra təyinatı üzrə bir il Saatlı rayonunda müəllim işləmişdir. 1974-cü ildən taleyini Naxçıvan Dövlət Universiteti ilə bağlayan alim burada baş laborant, assistent, müəllim, baş müəllim, dosent, dekan müavini, kafedra müdiri vəzifələrində çalışmışdır. O, 2019-cu ildən AMEA Naxçıvan
Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru vəzifəsində fəaliyyətini davam etdirir.
Alimin elmi və pedaqoji fəaliyyətini əlaqələndirmə bacarığından söz açan dosent Əhməd Qarayev diqqətə çatdırıb ki, Naxçıvan Dövlət Universitetinin tarixində ilk dəfə eksperimental xarakterli tədqiqat işlərinin aparılması məhz Tofiq Əliyevin adı ilə bağlıdır. Onun apardığı tədqiqat işlərinin əsas hissəsi böyük elmi-praktiki əhəmiyyət kəsb edən bir məsələyə - neft və qaz sənayesində istismar olunan polad avadanlıqların korroziya, abraziv və mikrobioloji dağılmadan mühafizəsi məsələlərinə həsr olunmuşdur. Alim 1988-ci ildə "İkifazalı karbohidrogen – elektrolit sistemlərində fenolun bəzi törəmələri vasitəsilə poladın korroziyadan inhibitorlaşdırılması prosesinin fiziki-kimyəvi öyrənilməsi" mövzusunda namizədlik dissertasiyası, 2011-ci ildə isə "Fenollar, merkaptosirkə və ksantogenat turşularının bəzi funksional törəmələrinin inhibitor təsirinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adı almış, AMEA-nın müxbir üzvü seçilmişdir.
Tofiq Əliyev dəfələrlə Rusiya, Ukrayna və Türkiyənin bir çox şəhərlərində keçirilən beynəlxalq konfrans, simpozium və qurultaylarda iştirak etmiş, maraqlı məruzələri ilə həmkarlarının diqqətini cəlb etmişdir. Onun məqalələri Rusiya, Ukrayna, Türkiyə, Hollandiya, eləcə də respublikamızda nəşr olunan müxtəlif nüfuzlu jurnallarda dərc edilmiş, apardığı tədqiqatlar istər ölkəmizdə, istərsə də xaricdə yaşayan elm adamları tərəfindən yüksək dəyərləndirilmişdir. Çoxsaylı tədqiqat işləri nəticəsində alim əlverişli xammallar əsasında nisbətən sadə üsullarla alınmış və bir neçə aqressiv sistem və polad nümunələri üçün yararlı olan yüksək effektli korroziya inhibitorları təklif etmişdir. Bu birləşmələrin mühüm üstünlüyü ondan ibarətdir ki, onlar korroziya prosesinə qarşı yüksək effektivli inhibitor təsirinə malik olmaqla yanaşı, antiabraziv, bakterisid, antioksidləşdirici və s. kimi faydalı xassələrə malikdirlər. Müxtəlif qruplardan olan birləşmələrin quruluşu ilə effektivliyi arasındakı asılılıqla bağlı alimin müəyyən etdiyi qanunauyğunluqlar həmin sahədə olan ziddiyyətli fikirlərə və qaranlıq məqamlara aydınlıq gətirmiş, korroziyadan inhibitor mühafizə nəzəriyyəsini daha da təkmilləşdirmişdir. Apardığı tədqiqatlar 5 kitab, 1 dərs proqramı, 2 patent, çoxsaylı məqalə və tezislər olmaqla 150-dən artıq elmi əsərdə öz əksini tapmışdır. Elm və təhsil sahəsində uğurları, elmi metodiki hazırlığının yüksək məhsuldarlığı nəzərə alınaraq Tofiq Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Tərəqqi” medalı ilə, müxtəlif dövrlərdə NDU rəhbərliyi tərəfindən Fəxri fərmanlarla təltif edilmiş, 2008-ci ildə həmin ali təhsil müəssisəsində “İlin alimi” fəxri adına layiq görülmüşdür.
Alimin fəaliyyətinin Naxçıvan Bölməsi dövründən bəhs edən məruzəçi bildirib ki, professor qısa müddətdə özünü doğrultmuş, muxtar respublika ərazisində təbii sərvətlərin, mineral xammalların araşdırılması və tətbiqinə dair əməli fəaliyyəti və faydalı məsləhətləri ilə də həmkarlarına yaxından köməklik göstərmişdir.
Ə.Qarayev söyləyib ki, professor Tofiq Əliyev elmi fəaliyyəti ilə yanaşı müxtəlif vaxtlarda ölkə mətbuatında aktual məsələlərə, o cümlədən Azərbaycanın enerji strategiyasına həsr olunmuş məqalələri ilə də geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev Tofiq Əliyevin Naxçıvan Dövlət Universitetində göstərdiyi səmərəli fəaliyyətindən, bu ali təhsil müəssisəsinin gələcək inkişafına yönəlmiş uğurlu addımlarından danışıb. Çıxışının sonunda rektor Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanını yubilyara təqdim edib.
Yubiley tədbirində həmçinin Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, pedaqogika elmləri doktoru, professor İsmayıl Əliyev, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru Şəmil Mahmudov çıxış edərək yubilyara xoş diləklərini ifadə etmişlər.
Çıxış edən yubilyar Tofiq Əliyev əməyinə verilən yüksək dəyərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib, gələcək fəaliyyətində də bu diqqət və qayğıya layiq olmağa çalışacağını bildirib.
Sonda professor Tofiq Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Ömür qatarı” filmi nümayış olunub.
Sabaha-inamla.az

Baxış sayı: 514
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:19
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib
12-08-2026, 10:22
Rusların Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir
12-08-2026, 10:00
Təhsil Nazirliyi məktəblərdə fasilələrin nə qədər davam etməli olduğunu aydınlaşdırdı
11-08-2026, 19:00
Məhkəmə Ukrayna Milli Bankının sədri Pışnıyın diplomunun etibarlılığının yoxlanılmasını əmr etdi
11-08-2026, 09:24
Fırıldaqçılar saxta məktəb söhbətləri yarada bilərlər
10-08-2026, 19:20
Bir qadın on beşinci uşağını dünyaya gətirib
10-08-2026, 18:46
Kiyev qışa hazırlaşmaq üçün bank krediti götürdü
6-08-2026, 20:24
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
6-08-2026, 19:46
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
5-08-2026, 19:41
"Hər qələbə xoşbəxtlikdir": sinxron üzgüçü Kossova Parisdə keçirilən Avropa Çempionatında qızıl medal qazanması haqqında
4-08-2026, 20:22
Avropa Çempionatındakı nəticəsini "rüsvayçılıq" adlandırdı
4-08-2026, 18:45
Avropa Komissiyası Rusiyadan enerji məhsullarına tam qadağa qoyulmasını tələb edəcək
3-08-2026, 18:16
Putin "Böyük dəyişiklik" mərasimində gənc aparıcı ilə futbol oynadı
3-08-2026, 01:04
Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
1-08-2026, 11:57
MİQ nəticələri açıqlandı
30-07-2026, 18:10
Pulsuz turist avtobusu istifadəyə veriləcək
29-07-2026, 19:24
Fırtına və cərəyanlar səbəbindən dənizdə üzmək qadağan edilib
29-07-2026, 18:17
Yataqxana binasında yanğın baş verib
28-07-2026, 19:54
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
28-07-2026, 18:30
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
27-07-2026, 17:05
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
23-07-2026, 22:30
Dron hücumundan sonra yanacaq-enerji kompleksi obyektində baş verən yanğını 279 nəfər söndürür
22-07-2026, 13:00
"The Wall Street Journal", Ukrayna "Magura" pilotsuz qayıqlarının ABŞ-da istehsal ediləcəyini açıqladı
22-07-2026, 12:51
Rusiya qadın komandası Su Polosu üzrə Dünya Kubokunun dörddəbir finalında Hollandiyanı məğlub etdi
21-07-2026, 20:49
Təbiət Qoruğu Norveç maralının vurduğu ziyanı qiymətləndirir
20-07-2026, 23:13
Azərbaycanda ilk “Müyəssərlik Xəritəsi” yaradıldı
20-07-2026, 20:29
Ermənistanda fermerlər pomidor satışına görə magistral yolu bağlayırlar
20-07-2026, 18:46
Ermənistan AB-yə balıq ixrac etmək hüququ əldə edib
20-07-2026, 18:43
Alimlər Yerə yaxınlaşan maqnit fırtınası barədə xəbərdarlıq edirlər
19-07-2026, 20:02
Süni intellekt səbəbindən gözlənilməz qiyamət ssenarisi aşkar edilib
15-07-2026, 20:18
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
14-07-2026, 10:14
Olimpiya biatlon çempionu 53 yaşında vəfat etdi
13-07-2026, 19:57
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
13-07-2026, 19:52
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
13-07-2026, 19:32
İnsan boyda tuna balığı tutuldu
12-07-2026, 20:34
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
12-07-2026, 20:24
Putini toyuna dəvət edən jurnalist evləndi
11-07-2026, 16:20
İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
11-07-2026, 16:06
Millət vəkilinin növbəti vətəndaş qəbulu