22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
Təhsil naziri sualları cavablandıracaq
Tarix: 16-03-2021 18:30 | Bölmə: Sosial

                    Təhsil naziri sualları cavablandıracaq



Təhsil naziri Emin Əmrullayev martın 18-i saat 16:00-da feysbuk səhifəsində keçirəcəyi canlı yayımda ona ünvanlanan sualları cavablandıracaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil nazirinin feysbuk hesabındakı paylaşımda qeyd olunub.
“Canlı yayımda təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirdiyimiz sorğunun nəticələri ilə yanaşı, mövzuya dair sizi maraqlandıran digər sualları da cavablandıracağam.
Keçirilən sorğu çərçivəsində ümumilikdə 9 minədək rəy qəbul olunub və sorğu hələ də davam edir.
Sorğuda iştirak etmək üçün müvafiq keçid linkindən istifadə edə bilərsiniz”, - deyə E. Əmrullayev bildirib.



Baxış sayı: 562


Bölməyə aid digər xəbərlər