Bütün xəbərlər
“MƏNƏVİ DƏYƏRLƏR YAŞADANLARA – BAHAR SOVQATI”
Tarix: 15-03-2021 00:34 | Bölmə: Sosial


Yaşlı nəslin nümayəndələrinə diqqət və qayğı həm xalqımızın milli-mənəvi dəyərlərinin, həm də dövlətimizin sosial siyasətinin ayrılmaz tərkib hissəsidir. Mənəvi dəyərlərimizin, milli adət və ənənələrimizin daşıyıcıları olan ahıllara dəstəklə bağlı dövlət siyasətinin gerçəkləşməsində ictimai təşkilatların dövlət qurumları ilə birgə fəaliiyəti vətəndaş cəmiyyətinin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir. Novruz bayramı ərəfəsində “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Mənəvi dəyərlər yaşadanlara – bahar sovqatı” layihəsi maddi ehtiyacı olan ahıllar tərəfindən böyük razılıqla qarşılanıb. Layihə çərçivəsində paytaxtda və bölgələrdə yaşayan aztəminatlı ahıl və tənha insanlar “Rahat” marketlər şəbəkəsində alış-veriş imkanı yaradan və hər biri 70 AZN dəyərində olan 50 ədəd birdəfəlik ərzaq kuponları ilə təmin ediliblər. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova qurumlararası əməkdaşlıqdan faydalanan ağsaqqal və ağbirçəklərin qonağı olub, onları qarşıda gələn bahar bayramı münasibətilə təbrik edib, birgə xeyriyyəçilik tədbirlərinin davamlı olacağını bildiriblər.

Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri







Baxış sayı: 411


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu