22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
İsrailli həkimlər 31 qazimizi əməliyyat edib, 58-nə protez göz taxıblar - Video
Tarix: 09-03-2021 23:04 | Bölmə: Sosial

                   İsrailli həkimlər 31 qazimizi əməliyyat edib, 58-nə protez göz taxıblar


“YAŞAT” Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi başa çatıb.
Fonddan “Qafqazinfo”ya verilən məlumata görə, səkkiz gün ərzində israilli həkimlər 141 qazimizi müayinə ediblər.
Onlardan 31-i əməliyyat edilib, 58-nə protez göz taxılıb.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.
Səkkiz nəfərlik həkim heyəti Vətən Müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.

            


Baxış sayı: 366


Bölməyə aid digər xəbərlər