Bütün xəbərlər
İntihar edən şagirdlərlə bağlı təhsil nazirindən AÇIQLAMA
Tarix: 09-03-2021 22:03 | Bölmə: Sosial
                  

Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında intihar edən məktəblilərlə bağlı paylaşım edib.
Hit.az xəbər verir ki, nazir hadisədən kədərləndiyini bildirib:
“Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”
Xatırladaq ki, bu gün günorta saatlarında iki məktəbli qız Lökbatanda yerləşən hündürmərtəbəli binanın damından özlərini ataraq intihar ediblər. İntihar edən 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı sinif yoldaşı olublar.



Baxış sayı: 434


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu