Bütün xəbərlər
Könül Nurullayeva Keşlə qəsəbəsində sakinlərlə görüşüb
Tarix: 06-03-2021 12:31 | Bölmə: Sosial

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinləri ilə səyyar qəbulları davam etdirir. Növbəti qəbul Keşlə qəsəbəsində baş tutub. Qəbul zamanı millət vəkili Keşlə qəsəbəsi A.Mirzəyev, N. Abdullayev, M.H. Kazımov və Davud Aslan küçələrində yaşayan sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıb. Seçiciləri narahat edən problemlərin müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb.
K. Nurullayevanın Deputat Qərargahından Sabaha-inamla.az-a verilən məlumata görə, Keşlə qəsəbəsi sakinlərini ən çox narahat edən məsələlər M.Ə Sabir küçəsində yolun genişləndirilərək tıxacın aradan qaldırılması, təhlükəsizliyin təmin olunması məqsədilə yüksək gərginlikli elektrik xətlərinin yeraltına keçirilməsi, məhəllələrdə su xətlərinin çəkilməsi, məhəllələrin asfalt örtüyünün yenilənməsi və zəif sürətli internet xəttinin təkmilləşdirilməsi ilə bağlı olub.
K. Nurullayeva bildirib ki, karantin rejiminin qaydaları çərçivəsində sakinlərlə səyyar görüşlər bundan sonra da davam etdiriləcək.


Sabaha-inamla.az 









Baxış sayı: 496


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu