16:29 / 21-04-2021
Stadnik yarımfinalda
11:04 / 21-04-2021
Ramiq Muxtar vəfat etdi
İsraildən gələn həkimlər qazimizə protez göz köçürdü - Foto
Tarix: 02-03-2021 15:42 | Bölmə: Sosial

                  İsraildən gələn həkimlər qazimizə protez göz köçürdü


Vətən müharibəsi dövründə yaralanaraq gözünü itirən Nuralı Abdullayevə İsraildən olan tibbi heyət tərəfindən müalicə xidməti göstərilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə feysbukda “Azərbaycanda İsrail - Israel in Azerbaijan” səhifəsində məlumat verilib. 
“İlk gün, vaxt itirmədən: bu gün İsrail həkimləri ilk xəstələrini müalicə etdilər. Nuralı Abdullayev müharibə zamanı gözünü itirib və üzü deformasiyaya uğrayıb, amma bu gün o, İsraildən gətirilən protez gözə sahib oldu. Onun kimi onlarla digər azərbaycanlı artıq müalicə alıb. Qəhrəman həkimlər dayanmadan çalışırlar”,- deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.
 




Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər