Bütün xəbərlər
“Neçə gündür bu məsələləri qaldırırıq, reaksiya verən yoxdur”
Tarix: 23-02-2021 12:41 | Bölmə: Sosial

                 “Neçə gündür bu məsələləri qaldırırıq, reaksiya verən yoxdur”


“Neçə vaxtdır ki, karantin rejimiylə bağlı məsələləri qaldırırıq. Ancaq heç kim reaksiya vermir. Sanki bu məsələlər heç kimin vecinə deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxış edərkən deyib.
O qeyd edib ki, hansısa yerlərin bağlı olmasına görə heç kimdən əks-reaksiya da almaq olmur: “Söhbət insanların yoxsullaşmasından gedir. Heç olmasa yığışın, deyin ki, istəyirik camaat yoxsullaşsın. Deyin, istəyirik ki, demoqrafiq vəziyyət dəyişsin, əhalinin sayı azalsın. Heç bunu çıxıb deyən yoxdur. Neçə gündür ki, bu məsələləri qaldırırıq, ancaq reaksiya verən yoxdur”.
Spiker Sahibə Qafarova isə qeyd edib ki, Operativ Qərargah məsələlərlə bağlı vaxtında reaksiyalar verir.



Baxış sayı: 428


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu