Bütün xəbərlər
Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı
Tarix: 17-02-2021 13:36 | Bölmə: Sosial

                       Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı


Bu gün şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən başlanılıb.
Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Xatırladaq ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı olaraq müvəqqəti dayandırılmışdı.


Baxış sayı: 283


Bölməyə aid digər xəbərlər