Bütün xəbərlər
Təhsil Nazirliyi 1 milyonluq mebel xəbərini təkzib etdi
Tarix: 16-02-2021 15:34 | Bölmə: Sosial

                   Təhsil Nazirliyi 1 milyonluq mebel xəbərini təkzib etdi


Təhsil Nazirliyi ötən il nazirliyin aparatı üçün mebel avadanlıqlarının alınmasıyla bağlı elan etdiyi tenderi məbləğiylə əlaqədar gedən müzakirələrə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bir sıra media istifadəçiləri təəssüflər olsun ki, 2020- ci ildə Təhsil Nazirliyinə alınan mebel avadanlıqlarının məbləği ilə bağlı həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları səsləndirirlər: “Bununla bağlı vaxtilə sosial mediada yer alan yanlış sualları cavablandırmışıq. Eyni zamanda bu yalan və böhtan xarakterli məlumatlar hələ də tirajlanır. Cəmiyyətdə bu tip yalan məlumatların qəsdən yayılması və ictimai diqqətin yanlış istiqamətə yönəldilməsi təəssüf doğurur. Bir daha xatırlatmaq istərdik ki, 2020- ci ildə Təhsil Nazirliyinin Aparatının mebel alışı xərcləri 16 109.04 ( 16 min 109 manat 4 qəpik) təşkil edib”.
Qeyd edək ki, sosial şəbəkələrdə mebel avadanlığının alınması üçün   elan edilmiş tenderin 1 milyon manat həcmində olmasıyla bağlı məlumatlar paylaşılır.



Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu