Bütün xəbərlər
Teymur Rəcəbov üçüncü oldu
Tarix: 14-02-2021 23:35 | Bölmə: Sosial

                 Teymur Rəcəbov üçüncü oldu


Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının üçüncü mərhələsi — “Opera Euro Rapid” adlı turnirin bürünc medalını qazanıb.
"Qafqazinfo" xəbər verir ki, şahmatçımız fransalı Maksim Vaşye-Laqravı 3-cü yer uğrunda mübarizədə məğlub edib.
Bir gün öncə 2,5:1,5 hesabı ilə qalib gələn qrossmeysterimiz ilk iki görüşdə rəqibindən güclü olub. O, həm ağ, həm də qara fiqurlarla matçda qələbə qazanaraq, 3-cü yeri tutub. Hesab 2:0 təmsilçimizin xeyrinə olduğundan digər oyunlara ehtiyac olmayıb.
Qeyd edək ki, turnirin qalibi ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen arasında matçda bəlli olacaq.


Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər