Bütün xəbərlər
“Bu peyvənd insanları koronavirusdan qoruyur” - Baş həkim
Tarix: 12-02-2021 19:50 | Bölmə: Sosial

                    “Bu peyvənd insanları koronavirusdan qoruyur”

"Koronavirusa qarşı peyvəndi vurdurmuşam. Proses normal keçdi və onun heç bir əks təsiri olmadı". 
Bunu  "Qafqazinfo" ya açıqlamasında Sabunçu rayonu 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Çingiz İbadullayev deyib. O qeyd edib ki, hələ ki birinci dozanı vurdurub: "İkinci doza 28 gündən sonra vurulacaq. Tam məsuliyyətlə deyirəm ki, bizdə olan "Coronac" vaksini inaktivləşdirilmiş peyvənddir. Onun heç bir əks təsiri yoxdur. Tam olaraq ziyansız peyvənddir. Bu peyvənd insanları koronavirusdan qoruyur. Məsləhət görürəm ki,  insanlar bu peyvəndi vurdursun".  
Baş həkim qeyd edib ki, hazırda xəstəxanada  65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır:  "Bu qrupa daxil olan şəxslər əvvəlcədən randevu götürür və poliklinikaya müraciət edirlər. Biz də peyvəndləmə işini aparırıq. Bu günə kimi vaksindən sonra vəziyyəti pisləşən heç bir şəxs qeydə alınmayıb". 



Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu