Bütün xəbərlər
Terminaldan “Azərişığ”ın qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulacaq - Video
Tarix: 11-02-2021 23:24 | Bölmə: Sosial

                Terminaldan “Azərişığ”ın qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulacaq

Ödəmə terminallarından “Azərişığ”ın qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” televiziyasının “Birinci studiya” verilişində deyib. 
“Hazırda yalnız “Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN borcdan əlavə ödəmə olmalıdır. Bu xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub. Bu qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir”, - deyə Əfəndiyeva qeyd edib.

          



Baxış sayı: 351


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu