Bütün xəbərlər
“Peyvənd vurulmasa, qızılca, məxmərək alovlana bilər”
Tarix: 11-02-2021 16:46 | Bölmə: Sosial

                  “Peyvənd vurulmasa, qızılca, məxmərək alovlana bilər”


“Son vaxtlar insanlar poliklinikalara daha çox koronavirusla bağlı müraciət etdiklərinə görə, digər xəstəliklərlə bağlı müraciətlərin sayı azalıb. Uşaqlar üçün nəzərdə tutulan bir sıra planlı peyvəndlər gecikib. Lakin bu peyvəndləri mütləq etmək lazımdır”. 
“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı bildirib. 
O bildirib ki, təcrübə göstərir ki, əks halda, qızılca, məxmərək və sair kimi digər xəstəliklər yenidən alovlana bilər. 
“Yaxşı olar ki, valideynlər bu haqda düşünsünlər və təqvim üzrə nəzərdə tutulan bütün peyvəndləri etsinlər”. 



Baxış sayı: 318


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu