20:08 / 06-05-2026
190 karatlıq almaz tapılıb
01:11 / 06-05-2026
Sənət dastanı
Bütün xəbərlər
“Suat Paşayev işinin başındadır”
Tarix: 08-02-2021 18:59 | Bölmə: Sosial

                   “Suat Paşayev işinin başındadır”


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayevin vəzifəsindən azad olunması ilə bağlı məlumatlar yayılıb.
“Qafqazinfo” məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova ilə əlaqə saxlayıb. 
O, yayılan məlumatın doğru olmadığını bildirib: “Bu barədə yayılan məlumat həqiqətə uyğun deyil, Suat Paşayev işinin başındadır”. 
Xatırladaq ki, yayılan xəbərdə sözügedən vəzifəyə “Azevrotel” MMC-nin sabiq direktoru Cabit Rəsulovun təyin edildiyi bildirilirdi.



Baxış sayı: 555


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib