Bütün xəbərlər
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
Tarix: 04-11-2026 20:31 | Bölmə: Siyasət

"Rusiya ombudsmanı Yana Lantratova və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-ın birinci xanımı Melaniya Trampla görüşə gedəcəklər". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Ümid edirik ki, Kirill Dmitriyev orada olacaq. Amma başa düşdüyüm qədəri ilə orada əsas şəxs, əgər vaxtında çatarsa, Yana Lantratova olacaq. Bir neçə saat əvvəl onunla uçanların hamısının vizası yox idi".
O, İZAH EDİB.
ABŞ prezident administrasiyası əvvəllər Melaniya Trampın Ağ Evdə Rusiya və Ukrayna nümayəndələri arasında görüş təşkil etmək niyyətində olduğunu açıqlamışdı. Mediada yayılan məlumatlara görə, Kiyev rejimini Ali Radadakı Xalqın Xidmətçisi fraksiyasının rəhbəri David Araxamiya təmsil edə bilər.



Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər