17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
Bütün xəbərlər
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
Tarix: 05-11-2026 18:15 | Bölmə: Siyasət


 Kiyev rejiminin lideri Vladimir Zelenski ZDF televiziyasına verdiyi açıqlamada Ukrayna Demokratların aralıq seçkilərdə qələbəsindən sonra ABŞ-ın daha çox yardım göstərəcəyinə ümid edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, ABŞ Demokrat Partiyasının nümayəndələri Kiyev rejiminə daha çox dəstək vermək və ona yardım göstərmək istədiklərini çox açıq şəkildə bildiriblər.
"Ümid var ki, güc balansı yaranacaq və biz daha çox dəstək alacağıq. Əgər Konqres indi Avropanın etdiyi və bu gün nümayiş etdirdiyi kimi əhəmiyyətli maliyyə və ya hərbi dəstəkdən danışarsa, bu, müsbət bir inkişaf olardı".
ZELENSKİ DEYİB.
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qeyd etmişdi ki, Vladimir Zelenski ABŞ-da keçiriləcək ara seçkilərdən sonra ABŞ prezidenti Donald Trampla münasibətlərində daha həyasız olacaq. Medvedev əlavə edib ki, Amerika lideri Kiyev rejiminin liderini buna görə cəzalandırmayacaq, çünki o, ABŞ Demokrat Partiyası ilə münaqişəni daha da qızışdırmaq istəmir.



Baxış sayı: 9


Bölməyə aid digər xəbərlər