19:06 / 09-11-2026
Ayı vuruldu
Bütün xəbərlər
Peskov: "Putin avropalılar da daxil olmaqla bütün liderlərlə təmaslara açıqdır"
Tarix: 11-11-2026 20:10 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin avropalılar və Almaniya kansleri Fridrix Merz də daxil olmaqla bütün liderlərlə təmaslara hazırdır, prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Merzin daha əvvəl bildirdiyinə görə, əgər Rusiya prezidenti dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iştirak edərsə, onunla müzakirələrdən yayınmaq niyyətində deyil.
Peskovun sözlərinə görə, Putinin Mayamidə keçiriləcək G20 sammitində iştirakı ilə bağlı hələlik qərar qəbul edilməyib.
"...Lakin Putin həmişə təkrarlayıb və təkrarlamaqda davam edir ki, avropalılar da daxil olmaqla hər kəslə təmaslara açıqdır".
PESKOV DEYİB.
O, həmçinin bunun Merzə aid olub-olmadığı ilə bağlı aydınlaşdırıcı sualı da cavablandırıb.
"Mütləq".
PESKOV DEYİB.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi dövlət başçısının 14-15 dekabr tarixlərində Mayami sammitinə səfərinin mümkünlüyünü şərh edərkən çox irəli getməməyə çağırmışdı.




Baxış sayı: 20


Bölməyə aid digər xəbərlər