Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
Tarix: 03-11-2026 15:45 | Bölmə: Siyasət


 Moskva yaxın gələcəkdə "3+3" regional məsləhət formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) görüşünün keçiriləcəyinə ümid edir. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu IV Minsk Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransının yüksək səviyyəli plenar iclasında bildirib.
Diplomatın sözlərinə görə, müvafiq platformanın iştirakçıları birləşdirici gündəliyin irəli sürülməsi ilə bağlı razılığa gəliblər.
"Ümid edirik ki, bu formatda daha bir görüş tezliklə keçiriləcək".
LAVROV SÖYLƏDİ.
Cənubi Qafqazda və Yaxın Şərqdə əməkdaşlıq üzrə altıtərəfli məsləhətləşmə formatının yaradılması ideyası Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana məxsusdur.İki ölkə liderləri bu formatın 2020-ci ildə başlamasını təklif etdilər.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər