19:06 / 09-11-2026
Ayı vuruldu
Bütün xəbərlər
Kuşner Putinlə Avropanın Ukrayna danışıqlarındakı iştirakını müzakirə edəcək
Tarix: 11-11-2026 19:47 | Bölmə: Siyasət


 ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Əbu-Dabidə keçirilən üçtərəfli görüşdən sonra bildirib ki, 12 noyabrda Rusiya prezidenti Vladimir Putinlə keçirilməsi planlaşdırılan danışıqlar zamanı Avropanın Ukrayna ilə bağlı dialoqda iştirakı məsələsini qaldıracaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun bildirdiyinə görə, bu, danışıqların çoxtərəfli formatda aparılmasına kömək edə bilər.
"Moskva görüşünün məqsədlərindən biri... Avropanın iştirakı məsələsini araşdırmaq olacaq".
KUŞNER SÖYLƏDİ.
Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Ukrayna məsələsi üzrə üçtərəfli görüşün ikinci günü 11 noyabrda Əbu-Dabidə başa çatdı. Rusiya prezidentinin köməkçisi və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Amerika tərəfi danışıqlarda fəal iştirakçılardan biri olub.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər