Bütün xəbərlər
Böyük Britaniyanın baş naziri Starmer Netanyahu və Abbasla nizamlanma ilə bağlı danışıb
Tarix: 07-07-2024 17:32 | Bölmə: Siyasət

Böyük Britaniyanın yeni baş naziri Keir Starmer İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin ofisinin bəyanatında deyilir.
Qeyd edildiyi kimi, Starmer Netanyahu ilə telefon danışığı zamanı Böyük Britaniyanın “zərərli təhdidlərin qarşısını almaq üçün” İsraillə əməkdaşlığa sadiq olduğunu bəyan edib. Britaniyanın baş naziri həmçinin İsrail və Livan sərhədindəki vəziyyətdən narahatlığını ifadə edib və bütün tərəflərin “diqqətlə hərəkət etməli” olduğunu vurğulayıb.
Qəzza zolağındakı vəziyyətdən danışan Starmer atəşkəsin yaradılması, girovların qaytarılması, mülki şəxslər üçün humanitar yardımın həcminin artırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Yaxın Şərq münaqişəsinin həlli iki dövlətin birgə yaşaması prinsipinə əsaslanmalıdır və Fələstin Milli Administrasiyası “effektiv idarəçilik üçün maliyyə imkanlarına” malik olmalıdır.
Böyük Britaniyanın baş naziri Abbasla söhbəti zamanı Fələstin üçün islahatların və beynəlxalq legitimliyin vacibliyini vurğuladı və Fələstinin tanınmasının sülh prosesinə töhfə verəcəyinə dair mövqeyini bir daha təkrarladı.



Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər