Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
Tarix: 26-10-2026 21:00 | Bölmə: Siyasət

 "Rusiya, Parlament seçkilərində Tələbə Siyahısı blokunun qələbəsindən sonra yeni rəhbərliyi altında Serbiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyi gözləyir". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz dəfələrlə vurğulamışıq ki, Serbiya geniş siyasi, iqtisadi, mədəni, tarixi və humanitar əlaqələrimiz olan yaxın, ənənəvi dost ölkədir. Ümid edirik ki, seçkilərdən sonra dövlət qurumları formalaşdıqdan sonra Serbiya rəhbərliyi topladığı müsbət impulsu qoruyub saxlayacaq və Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığı inkişaf etdirmək siyasətini davam etdirəcək".
Daha əvvəl Tələbə Siyahısının nümayəndəsi Jovo Bakiç blokun Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcəyinə zəmanət vermişdi.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər