10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
Bütün xəbərlər
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
Tarix: 02-11-2026 22:40 | Bölmə: Karusel

TASS hava hərəkətinin idarə edilməsi mənbəyinə istinadən xəbər verir ki, ABŞ-da qeydiyyatdan keçmiş NATO "Bombardier Artemis II" kəşfiyyat təyyarəsi Kalininqrad vilayətində Polşa və Litvanın hava məkanında dörd saatdan çox dövrə vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunduğuna görə, təyyarə həmçinin Baltik dənizinin neytral sularını da keçib. Bombardier "Artemis II"nin dövrəsi təxminən 11 kilometr hündürlükdə baş tutub.İstismarı zamanı təyyarə mülki nəqliyyat üçün nəzərdə tutulmuş dəhlizləri keçib.
"Bombardier Artemis II" təyyarəsi Rusiya bölgəsi ətrafında uçuşuna Moskva vaxtı ilə təxminən saat 14:10-da başlayıb və hazırda Rumıniyanın Konstansa şəhərindəki bazasına qayıdır.
Mənbənin məlumatına görə, bu marşrut kəşfiyyat təyyarələrinin əsas marşrutlarından biridir və həftədə bir neçə dəfə istifadə olunur.
Əvvəlki məlumatlarda "Bombardier Artemis II"nin Latviya və Estoniya üzərində, Rusiya ilə sərhəddən bir neçə onlarla kilometr aralıda peyda olduğu bildirilirdi.




Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər