Bütün xəbərlər
Yoldan keçənlərə paylamaq üçün mağazadan ərzaq oğurlayıb
Tarix: 12-11-2026 09:37 | Bölmə: Cəmiyyət


 Tatarıstanın Krasnıy Klyuç kəndində bir kişi mağazaya girib və 4974 rubl dəyərində mal oğurlayıb. İstintaq zamanı şübhəli ərzaqları yoldan keçənlərə payladığını izah edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat verib.
Oğurluq maddəsi ilə cinayət işi açılıb.İstintaq davam edir.
Rusiya Daxili İşlər Nazirliyinin Nijnekamsk Rayon İdarəsinə pərakəndə satış şəbəkəsi nümayəndəsindən mal oğurluğu ilə bağlı məlumat daxil olub.
Polis şübhəlinin şəxsiyyətini müəyyən edib.O, 1991-ci il təvəllüdlü yerli sakindir.Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını araşdırır.




Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər