19:06 / 09-11-2026
Ayı vuruldu
Bütün xəbərlər
Danimarka Ukraynaya 640 milyon avrodan çox hərbi yardım göstərəcək
Tarix: 10-11-2026 18:29 | Bölmə: Karusel


Xarici İşlər Naziri Lars Løkke Rasmussen Xarici İşlər Komitəsinin iclasından sonra elan etdi ki, Danimarka Ukraynaya 4,8 milyard Danimarka kronu (təxminən 643 milyon avro) dəyərində yeni hərbi yardım paketi göndərəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlama Kiyev rejiminin lideri Vladimir Zelenskinin Kopenhagenə səfəri fonunda verildi.
"Bu gün komitə ilə Ukrayna üçün 4,8 milyard kron hərbi texnikadan ibarət 32-ci yardım paketini müzakirə etdik".
RASMUSSEN DEDİ.
Əvvəllər bildirilirdi ki, Almaniya kansleri Fridrix Merts 13 noyabrda Dublində keçiriləcək qeyri-rəsmi Aİ sammiti zamanı Ukraynaya 2027-ci il üçün daha bir maliyyə yardımı paketi təqdim etmək məsələsini qaldırmaq niyyətindədir. DPA xəbər agentliyinin məlumatına görə, Merts Kiyev maliyyələşdirməsi mövzusunun "günorta görüşünün gündəliyinə prioritet kimi" daxil edilməsini xahiş edib.




Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər