Bütün xəbərlər
Meqan Marklın atası pornoqrafiya saxladığına görə tək kamerada mühakimə olunacaq
Tarix: 12-11-2026 09:17 | Bölmə: Dünya

 Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın atası Tomas Markl ABŞ-da tək kameradadır və orada uşaq pornoqrafiyası saxladığına görə mühakimə olunacaq. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "People" məhkəmə qərarına istinadən məlumat yayıb.
O, bu yaxınlarda ev dustaqlığının şərtlərini pozduğuna görə həbs edilib.
Tomas Markl Sr., ayaq biləyi monitorunun çıxarılmasından sonra məhkəməsi bitənə qədər islah müəssisəsində həbsdə qalacaq... 10 noyabrda hakim Marklın məhkəməyə qədər girov müqabilində azadlığa buraxılmasını ləğv etdi və onun "mümkün qədər, hökm çıxarılmasını və ya cəzasını çəkməsini gözləyən şəxslərdən ayrı, islah müəssisəsinə" yerləşdirilməsini əmr etdi.
6 noyabrda FTB 82 yaşlı Tomas Markl Sr.-ı həbs etdi. O, uşaq pornoqrafiyası saxlamaqda ittiham olunurdu.Elə həmin gün məhkəmə onu yaşadığı Florida ştatındakı yardımçı yaşayış müəssisəsində ev dustaqlığına saldı.
Təqsirli bilinərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.
Meqan Markl atasının həbsi xəbərini aldıqdan sonra dərin şoka düşdüyünü söylədi.O, əlavə etdi ki, 2018-ci ildə atasının cinayətləri haqqında məlumat alıb və bu, onunla əlaqəsini kəsməsinə səbəb olub.




Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər
5-11-2026, 17:43 Bir qız tabutda oyandı