21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Şuşada həmkarlarımla birgə olmaqdan qürur duyuram - Sadiq Qurbanov
Tarix: 23-06-2022 20:56 | Bölmə: Siyasət
"Hörmətli yığıncaq iştirakçıları, hörmətli həmkarlar!
Sizləri tarixi Şuşa torpağında salamlamaqdan böyük fərəh hissi keçirirəm!
Şuşa torpağı Azərbaycan şəhidlərinin qanı ilə yoğurularaq bizim üçün müqəddəsləşmişdir! Şuşa Azərbaycan xalqının tarixi yaddaşı, bir çox dahi şəxsiyyətlərin, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin Vətəni, qədim, əvəzsiz memarlıq abidələrinin yerləşdiyi şəhərdir.
Bu gün Şuşada həmkarlarımla birgə olmaqdan qürur duyuram!
Milli Məclisin digər komitələri ilə birlikdə təşkil olun iclasın gündəliyinə daxil edilmiş İşğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpa olunması mövzusu həddindən artıq aktual bir məslədir.
Ekoloji obyektlərə vurulmuş ziyanlar və mineral-xammal yataqları sahəsində görülmüş işlər, meşəbərpa tədbirləri üzrə, bərk məişət tullantılarının idarə edilməsi üzrə, beynəlxalq əməkdaşlıq sahəsində görülmüş tədbirlər və görüləcək tədbirlər barədə Sizə məlumat vermək istəyirəm.
Məlumat üçün bildirm ki, işğal dövründə meşə fonduna aid olmayan yaşıllıq sahələrində 845 941 ədəd ağac və kolun, 54 328 hektar meşə ilə örtülü sahənin, ümumi sahəsi 43 000 hektar olan xüsusi mühafizə olunan təbiət ərazilərinin meşə ilə örtülü 6 800 hektarının, 131 təbiət abidəsi statuslu qədim ağacın məhv edildiyi, 32 hidrometeoroloji stansiya və məntəqənin tamamilə dağıdıldığı, 52 mineral-xammal yatağının istismar edildiyi müəyyən olunmuşdur. İşğaldan azad edilmiş rayonlarda mövcud olmuş 167 yatağın kadastr işləri icra edilmiş, işğal dövründə istismar edilmiş 52 yatağın təftişi və monitorinqi aparılmış, dəymiş ziyan ilkin olaraq qiymətləndirilmişdir.
Oxçuçayın ekoloji vəziyyətinə nəzarət edilməsi məqsədilə görülmüş işlər
İşğaldan azad edilmiş ərazilərdən axan çaylarda ekoloji vəziyyətin öyrənilməsi və onların çirklənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə yerli və beynəlxalq laboratoriyalar tərəfindən monitorinqlər keçirilmiş və su nümunələri üzərində fiziki-kimyəvi analizlər aparılmışdır. Ermənistan tərəfindən Oxçuçayın davamlı çirkləndirilməsi nəticəsində çay və onun ekosisteminin ekoloji böhranı və kritik vəziyyəti barədə məlumatlandırma, çirklənmənin qarşısının alınması çağırışları ilə beynəlxalq təşkilatlara müraciətlər edilmişdir. Bununla yanaşı ictimai məlumatlandırma aktiv şəkildə həyata keçirilir)

Meşəbərpa tədbirləri üzrə görülmüş işlər
Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın, Xocavənd (Hadrut qəsəbəsi) rayonlarının ərazisində ümumilikdə 54 hektara yaxın sahədə 38 mindən çox ağac tingi əkilmiş (çinar, sərv, şam, xurma, göyrüş, dağdağan, qarağac, meliya və akasiya) və 3000 kq palıd və şərq çinarı toxumu səpilmişdir. Həmçinin Ağdam rayonu ərazisində salınmış 13 ha yeni yaşıllıq sahəsinin suvarılması üçün damcılı suvarma sistemi qurulmuş və hazırda Zəngilan şəhərinin girişində 55 ha sahədə salınan yeni yaşıllıq sahəsində damcılı suvarma şəbəkəsinin qurulması işləri həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə meşələrin inventarlarlaşması və meşəbərpa sahəsində Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə əməkdaşlıq edilir. Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin dəstəyi ilə Cəbrayıl şəhərinin yaxınlığında “Qapalı Kök Sistemli Tinglik Sahəsi”nin, “Türkiyə-Azərbaycan Beynəlxalq Meşəçilik Mərkəzi”nin yaradılması, həmçinin “Dostluq meşəsi”nin salınması nəzərdə tutulur. Bu məqsədlə 40 ha torpaq sahəsi ayrılmış və layihələndirmə işlərinə başlanmışdır. Tinglik sahəsinin yaradılması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcəkdir.
Bərk məişət tullantılarının idarə edilməsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli Sərəncamı ilə yaradılmış “İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkə üzrə bərk məişət tullantılarının idarə edilməsi sahəsində Komissiya” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə tullantıların idarə olunmasının təşkili ilə bağlı əlaqələndirilmiş şəkildə tədbirlər görülür.
İşğaldan azad edilmiş ərazilərdə yaranan tullantılarının yerləşdirilməsi məqsədilə poliqon əraziləri müəyyən edilmişdir. 1-ci mərhələdə Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, 2-ci mərhələdə isə Qubadlı və Cəbrayıl rayonlarında 7 poliqon ərazisinin inşası planlaşdırılır. Müəyyən edilmiş poliqon ərazilərinin layihələndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılmışdır.

Şuşa şəhərinin turistik görünüşü və ekoloji təhlükəsizliyi nəzərə alınmaqla “Təmiz Şəhər” ASC tərəfindən şəhərin bərk məişət tullantılarının müasir standartlara uyğun olaraq (yeraltı konteynerlərin quraşdırılması və s.) idarə olunmasının təmin edilməsi məqsədilə aidiyyəti üzrə tədbirlər görülür.
Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş tədbirlər
İşğal dövründə regionun təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə ziyan vurulması, qiymətli meşələrimizin məhv edilməsi ilə bağlı 15-dən çox beynəlxalq təşkilata (UNEP, FAO, UNDP, UNECE və s.) və 30-dan çox ölkənin ətraf mühit, ekologiya və iqlim dəyişmələri sahəsində səlahiyyətli nazirliklərinə müraciət edilmişdir. Eyni zamanda Azərbaycanın qoşulduğu 20-dək çoxtərəfli ekoloji sazişlərin və konvensiyaların katibliklərinə müraciət edilmiş, Ermənistanın qanunazidd fəaliyyətinin ölkəmizin konvensiyalar qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə ciddi maneələr törətməsi diqqətə çatdırılmışdır. Ölkəmizin ekoloji və iqtisadi hədəflərini uzlaşdırmaqla milli siyasətin formalaşdırılması və beynəlxalq ekoloji öhdəliklərin yerinə yetirməsində əldə etdiyi tərəqqinin qiymətləndirməsi istiqamətində “Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı”nın (Environmental Performance Review) hazırlanması məqsədilə 2021-ci ilin 12-25 noyabr tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyasının beynəlxalq ekspertlərinin ölkəmizə səfəri çərçivəsində ekspertlərin Qarabağa səfəri təşkil edilmişdir.
Bununla yanaşı, işğaldan azad edilmiş və münaqişənin təsirinə məruz qalmış ərazilərdə ətraf mühitə dəymiş zərərin aradan qaldırılmasına beynəlxalq dəstəyin göstərilməsi üçün post-münaqişə zonalarında ekoloji zərərin bərpası üzrə təcrübəyə malik BMT-nin Ətraf Mühit Proqramının (UNEP) müvafiq missiyasının Xarici İşlər Nazirliyinin koordinasiyası ilə 2022-ci il 8-18 mart tarixlərində ölkəmizə səfəri təmin edilmişdir. UNEP Missiyasının həmin ərazilərin yerində qiymətləndirilməsi və ehtiyaclara uyğun olaraq ekoloji bərpası prosesinə dəstək məqsədilə Bakı şəhərində işçi görüşləri ilə yanaşı, 11-14 mart tarixlərində işğaldan azad edilmiş ərazilərə sahə səfərləri də təşkil edilmişdir.
Missiya tərəfindən həmin ərazilərin meşə ehtiyatları, su resursları, sənaye və kimyəvi çirklənməsi, tullantılar və onların idarəolunması, bioloji müxtəliflik və digər ekoloji bərpa ehtiyaclarının müəyyən edilməsi üçün hesabat və növbəti mərhələdə bərpa üçün Fəaliyyət Planı hazırlanacaqdır.

İşğal dövründə biotik və abiotik amillərin təsirindən itirilmiş meşə ilə örtülü əraziləri bərpa etmək və müəyyən edilmiş strateji hədəflərə çatmaq üçün yerli meşəbitmə şəraitinə uyğun ağac və kol cinslərindən istifadə edilməklə Şərqi Zəngəzur və Qarabağ iqtisadi regionunda minatəmizləmə işlərinin aparılması dinamikasına uyğun olaraq Nazirlik tərəfindən meşəbərpa tədbirləri davam etdiriləcəkdir.
Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarının hazırlanması məsələsi təhlil edilərkən yeni yaşıllıq sahələrinin salınması üçün Ağdam rayonu üzrə 31,3 ha, Cəbrayıl rayonu üzrə 89,8 ha, Füzuli rayonu üzrə 251,1 ha və Zəngilan rayonu üzrə 63,5 ha torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab edildiyi və sözügedən rayonların ümumi və baş plan layihələri hazırlanarkən həmin torpaq sahələrinin nəzərə alınacağı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bildirilmişdir. Məsələnin zəruriliyi nəzərə alınaraq, Nazirlik tərəfindən həmin torpaq sahələrinin 2022-ci ildə mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə müraciət edilmişdir.
Görüləcək tədbirlər
Hidrometeorologiya sahəsində görülmüş işlərin davamı olaraq Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5 meteoroloji, Füzuli şəhərində 1 avtomat aqrometeoroloji və 1 arxeoloji, Xocavənd rayonu ərazisindən axan Köndələnçay çayı üzərində hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur.
“Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində Qoruğun sərhədlərinin müəyyənləşdirilməsi, inventarizasiyası və zəruri infrastrukturun yaradılması üzrə işlərə başlanılmışdır. Hazırda Qoruq üçün inzibati binanın tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb, eləcə də “Qoruğun sanitar-mühafizə zonasının xəritəsi”nin təsdiq edilməsi yekunlaşmaq üzrədir.
İşğaldan azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan təbiət əraziləri ilə bağlı növbəti mərhələdə
Qaragöl Dövlət Təbiət Qoruğunun və Arazboyu, Daşaltı, Qubadlı və Laçın Dövlət Təbiət Yasaqlıqlarının fəaliyyətinin bərpası, bioloji müxtəlifliyinin, ekoloji vəziyyətinin qiymətləndirilməsi və ekosistemin bərpası həyata keçiriləcəkdir.
Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə rəqəmsal tematik xəritələrin, “Qarabağın təbii ehtiyatlar atlası”nın və xüsusi mühafizə olunan təbiət ərazilərinin sərhədləri göstərilməklə onların xəritələrinin hazırlanması, eləcə də yeraltı və yerüstü su mənbələrinin əsas göstəricilərinin qiymətləndirilməsi, məlumat bazasının, elektron su xəritəsinin hazırlanması və fauna növlərinin reintroduksiyası layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Hörmətli tədbir iştirakçıları!
Azərbaycan dövləti güclü dövlətdir. Məlumat verdiyim kimi dövlətimiz işğaldan azad olunmuş ərazilərdə həm monitorinqlər, həm marifləndirici tədbirlər həm də bərpa işləri aparır. Şübhəsiz ki, biz bütün gücümüzlə ekoloji tarazlığın bərpa olunmasına çalışacayıq və buna nail olacayıq! Lakin bir məsələni qeyd etməliyəm ki erməni vandalları tərəfindən bizim təbiətimizə elə zərərlər vurublub ki, onları aradan qaldırmaq mümkün deyil. İşğaldan azad olunmuş ərazilərimizdə vaxtı ilə minillərlə yaşı olan qədim ağaclar və s. təbiət abidələri var idiki onlar məhv edilib onları təəssüf ki, bərpa etmək mükün deyil! Çünki onlar təbiət abidləri olmaqla bərabər həm də tariximizin bir parçası idi!

Yeri gəlmişkən, S.Qurbanov iclasdan sonra Cıdır düzünə gedərək oradan canlı yayım edərək ictimaiyyətə rəşadətli ordumuzun qəhrəman əsgərlərinin sıldırımlı qayalara çıxaraq erməni işğalçılarını necə diz çökdürdükləri yerləri göstərib. Millət vəkili daha sonra deyib ki, yaxın zamanda bu yerlər dünyanın ən gözəl turizm guşələrindən birinə çevriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu və müdrik siyasəti, əsgərlərimizin cəsurluğu nəticəsində Azərbaycan regionun qüdrətli ölkəsi olmaqla, dünyanın aparıcı dövlətləri sırasında yer alıb".
Baxış sayı: 486
Bölməyə aid digər xəbərlər
Tarix: 23-06-2022 20:56 | Bölmə: Siyasət
Bu gün Şuşada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin növbəti birgə iclası keçirilib.
Sabaha-inamla.az təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun çıxışının tam mətnini təqdim edir:"Hörmətli yığıncaq iştirakçıları, hörmətli həmkarlar!

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.